44 günlük Vətən müharibəsi zamanı erməni terroru nəticəsində Gəncədə evləri dağıdılan vətəndaşlar hələ də onlara dövlət tərəfindən ayrılan kompensasiyanı ala bilməyiblər.

pressaz.info xəbər verir ki, “azadlıq radiosu”na danışan zərərçəkənlərdən Vüsalə Əliyeva iddia  edir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov əvvəlcə onlara kompensasiyanın ödəniləcəyini vəd edib. Vüsalə Əliyevanın sözlərinə görə icra hakimiyyətinin əməkdaşı Tural İbrahimov onlara icra başçısından narazı olmamaları ilə bağlı Prezident İlham Əliyevin adına məktub yazdırıb. O bildirir ki, icra hakimiyyəti daha sonra verdiyi vədi yerinə yetirməyib.

Digər zərərçəkənlər Əli Əliyev və Rübabə Cəfərova da eyni problemi yaşadıqlarını bildiriblər. Onlar problemləri həll olunmasa yaxın günlərdə aidiyyatı qurumlara müraciət etmək üçün Bakıya gedəcəklərini deyiblər.
İcra hakmiyyətinin əməkdaşı Həsən Məmmədov isə, çətin olsa da vətəndaşları səbrli olmağa dəvət edib.
pressaz.info olaraq onu da qeyd edək ki, Niyazi Bayramovun digər əməlləri ilə bağlı redaksiyamız tərəfindən araşdırmalar aparılır.Növbəti saylarımızda onun Mingəçevirdə, eyni zamanda Gəncədə sahibkarların başına açdığı oyunlar, qanunsuz sərəncamlar və dövlət büdcəsindən ayrılan vəsaitlərin qeyri-müəyyən istiqamətlərdə “qeyb”ə çəkilməsi haqqında yazıları oxuculara və müvafiq dövlət qurumlarına təqdim edəcəyik.yeniavaz.com







Loading...