Vətən müharibəsində iki oğlu döyüşən, 2011 ci ildən evi yanan və bu günədək yarıtikili, uçuq evdə yaşayan ana "Çıxış Yolu"sosial proqrama müraciət edib.

Pressaz.info xəbər verir ki, Cananə Bayramovanın oğullarından biri- Nicat Mənafov Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olub.

Övladlarını çətinliklə böyütmüş ananın müraciətinə səs verən "Çıxış Yolu" verilişinin təşəbbüsünü ilk olaraq Qax rayon İcra Hakimiyyəti dəyərləndirib, daha sonra Qax rayonundan olan iş adamı Füzuli Nəcəfov bu təşəbbüsü gerçəkləşdirərək Şəhid ailəsinə 100 kv sahəsi olan yeni ev tikib, eyni zamanda evə lazım olan bütün ev avadanlığı, mebellərlə təmin edib.

Evin tikintisinə İlisu bələdiyyəsi Elman Xəlilov da dəstək olub. "Çıxış Yolu" verilişinin aparıcısı Nuranə Gülər Qaxda, yeni evi tikilən Şəhid ailəsinin qonağı olub.





Loading...