Vətən müharibəsində iştirak edən şəhid və qazi ailələrinə yardım edən ən aktiv icra hakimiyyəti Abşeron Rayon İcra Hakimiyyəti oldu

Əziz oxucular!
Bildiyiniz kimi Pressaz.info-da 12.01.2020 tarixindən etibarən Vətən müharibəsində şəhid olmuş və sağlamlığını itirmiş əsgərlərimizin ailələrinə yardım edən onlara diqqət və qayğı göstərən icra hakimiyyətləri arasında sorğu keçirdik.
Bu gün son tarixdir və sorğuda görsəndiyi kimi səslərin böyük hissəsini Abşeron Rayon İcra Hakimiyyəti toplamış və qalib olmuşdur. Sorğu tam şəffaf şəkildə ölkə ərazisində yerləşən bütün yerli icra hakimiyyətləri arasında keçirilmişdir.
Saytımız adından Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə xanım Gülməmmədova və onun rəhbərliyi altında çalışan bütün icra hakimiyyətinin əməkdaşlarına bu vacib fəaliyyətlərində uğurlar arzu edir, onun şəhid və qazi ailələrinin hər zaman yanında olmasını alqışlayırıq.

