c

Koronavirus minumum 1, maksimum 2 il davam edə bilər.

AMİA.AZ xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, bu virusun peyvəndi tapılsa belə, həmin peyvəndin bütün insanlara vurulması üçün uzun zaman lazımdır. Buna görə də insanlar qaydalara ciddi riayət etməli, ara məsafəni qorumalıdırlar:

"Ümid edirəm ki, bundan sonrakı dönəmdə ölkə üzrə ciddi karantin rejimi tətbiq edilməyəcək, əvəzində hansı bölgədə bu virusun nə qədər yayıldığını araşdırmaq və bundan asılı olaraq rayonlarda lokal məhdudlaşdırma aparmaqla mübarizə tədbirləri gücləndiriləcək".