Ayxan Baxşəlizadə Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb.

– Ayxan bəy, siz müntəzəm olaraq xeyriyyə aksiyaları təşkil edirsiniz. Kiməsə xeyirxahlıq edəndə hansı hissləri keçirirsiniz?

Bu çox gözəl hissdir. Mən insanlara yardım etməyi, qəlbi gözəl olmagı hər zaman ailəmdən görüb götürmüşəm. Son günlər dünyanı cənginə alan Koronavirus pandemiyası səbəbilə ehtiyyac sahibi olan ailələrə əlimizdən gələn köməkliyi etdik. Karantin dövrü olmasına baxmayaraq yenə də yardımlarımızdan geri qalmadıq. Şüvəlanda 80 ailəyə, sosial şəbəkələr vasitəsilə bizə müraciət edən 50-dən artıq insana yardımlar olundu.

– Siz tək, yoxsa komanda halında işləyirsiniz?

Bu ərəfələdə əksər yardımları öz vəsaitim hesabına etmişəm. Bəzi xeyriyyəçi dostlarımız da qoşulub, dəstək olublar. Son dəfə Afət Fərmanqızı ilə olan canlı yayımımızdan olan xeyli insana geyim və ərzaq yardımları edilib. 2019-cu ildə Şəhid ailələrinə kömək etmək məqsədilə keçirdiyimiz xeyriyyə aksiyasında Millət vəkili Sona Əliyeva, modelyer Fəxriyyə Xələfova, müğənni Roza Zərgərli və bir neçə şəxs mənə mənəvi dəstək olub.

– Sui-istifadə halları olurmu?

Çox üzücü haldır ki, olur. Bəzən ehtiyyacı olmayan insanlar belə hallardan sui-istifadə edirlər.

– Karantindən sonra planınız nədir?

Xeyriyyəçilik aksiyalarımız bundan sonra da, davam edəcəkdir. İş fəaliyyətim isə öz qaydasında.

– Fəal bir gənc olaraq öz yaşıdlarına nə demək istərdin?

Demək istərdim ki, həyatınızdakı mövqeyinizin arxasınca inamla addımlayın, əyləncə, boş zaman keçirmək həmişə olub. Həyatda öz gələcəyini qurmaq, valideynlərdən və vəzifələrindən asılı olmamaq çox gözəl hissdir.

– Ayxan bəy, maraqlı müsahibəyə görə sizə təşəkkür edirik. Biz sizə xeyriyyəçilik işində bol-bol uğurlar və müvəffəqiyyətlər arzulayırıq. 

Təşəkkür edirəm!

Müsahibəni apardı: Orxan Musa




Loading...