09 İyul 2020-ci il tarixində 48 saylı Yevlax Seçki Dairəsindən Millət vəkili seçilmiş İlham Məmmədov  seçildiyi seçki dairəsi üzrə Yevlax şəhərində, rayonun Yuxarı və Aşağı Qarxun , Qoyunbinəsi kəndlərində seçicilərlə görüş keçirmişdir. Görüş Nazirlər Kabineti  yanında Opreativ  Qərargahın  tövsiyyə və tapşırıqlarına əməl etmək şərti ilə keçirilmişdir.İlham Məmmədov İlk öncə seçicilərinə koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Möhtərəm  cənab Prezident və Birinci vitse-prezident  Mehriban xanım Əliyevanın rəhbərliyi ilə icra edilmiş qabaqlayıcı tədbirlərdən danışmış, karantin müddətində vətəndaşlara yardımların edilməsindən işsiz statusu qazanmış, karantin müddətində işini itirmiş şəxslərə dövlət tərəfindən təyin edilmiş ödənişlərdən danışmış, sahibkarlara dəymiş ziyanın aradan qaldırması məqsədi ilə dövlətin tam qayğısı ilə əhatə olunmalarını seçicilərinin diqqətinə çatdırmışdır.İlham Məmmədov dövlətin icra etdiyi tədbirlərin efektliyini artıqmaq məqsədi ilə hərkəsi məsuliyyətli olmağa çağırmış, tibbi maskalardan istifadəinin və sosial məsafə saxlmağın vacibliyini vurğulamışdır. Sonra fərdi qaydada seçicilər dinlənilmiş onları narahat edən məslələrlə bağlı qeydlər götürülmüş, məsələlərin həlli üçün aidiyyati qurumalar qarşısında məsələ qaldırlacağı bildirlmişdir. Daha sonra Qoyunbinəsi  kəndində   inşa edilən 480 şagird yerlik məktəb binasının tikintisi ilə tanış olmuş, tikinti işlərinin gedişi ilə yaxından maraqlanmışdır. İlham Məmmədov qeyd etmişdir ki,  o  seçicilərinin yanındadır və  onların qayğılarının həlli istiqamətində hər zaman çalışmağa hazırdır.




Loading...