c

Ötən il qiyməti ucuz olduğuna görə sahələrdə qalan sarımsaq bu il təsərrüfat sahiblərinin üzünü güldürür.
İNPA.AZ xəbər verir ki, yerində məhsulu istədikləri qiymətə satan təsərrüfat sahibləri qiymətin daha da qalxacağını gözləyirlər. Çünki bu il ötənilki uğursuzluğa görə sarımsaq əkən az olub.
Rayon bazarlarında sarımsağın bir kiloqramı 5 manata satılır. Tək bir ədədinin qiyməti isə 50 qəpik - 1 manat arasında dəyişir. Meyvə-tərəvəz satıcıları da sarımsağa olan tələbatın səviyyəsindən razıdırlar.
Hazırda təsərrüfat sahiblərinin həyətlərində xeyli miqdarda sarımsaq qalıb ki, onları da baha satmaq üçün xüsusi qablaşdıraraq gözləyirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: