Bakının Nəsimi rayonu ərazisində magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar, rayonun bir hissəsinə (əsasən şəhərin mərkəzi küçələrinə) içməli suyun verilməsi müvəqqəti dayandırılıb.
Bu barədə “Azərsu” ASC-nin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, gün ərzində qəzanın aradan qaldırılacağı və su təchizatının bərpa ediləcəyi planlaşdırılır.
Qurum yaranmış narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.




Loading...