Sərt karantin rejimini pozaraq “Fairmont Baku” hotelində istirahət edən, görüntüləri yayıldıqdan sonra isə jurnalistlərə qarşı təhqirlər səsləndirən İsmayıl Babayev barədə qərar verilib.
İNPA.AZ xəbər verir ki, Səbail Rayon Məhkəməsi tərəfindən İ.Babayev barəsində 20 sutka inzibati həbs qərarı verilib.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidməti məlumatı saytımıza təsdiqləyib.
Qeyd edək ki, ötən gün İsmayıl Babayev “Fairmont Baku” hotelində istirahət edən zaman polis əməkdaşları tərəfindən saxlanılıb. O, hoteldən çıxarkən jurnalistləri təhqir edib.




Loading...