Son günlər sosial şəbəkələrdə “Araz” supermarketlər şəbəkəsində əməkdaşlar arasında koronavirusa yoluxanların olması ilə bağlı məlumatlar paylaşılır.
Yayılan məlumatlarda “Araz” supermarketlər şəbəkəsinin, xüsusilə Abşeron rayonunun Saray qəsəbəsində və Sumqayıt şəhərində fəaliyyət göstərən mağazalarında əməkdaşlar arasında COVID-19-a yoluxanların olduğu iddia edilir.
Məsələ ilə bağlıaçıqlama verən “Araz” supermarketlər şəbəkəsinin PR meneceri Billurə Əmirova bildirib ki, Sarayda yerləşən mağazada çalışanlar arasında hərarəti yüksək olan bir neçə əməkdaş olub:
“Bu məsələ ilə bağlı ətraflı açıqlama vermişdik. Bütün mağazalarımızda səhər işə başlamazdan əvvəl bütün personalın hərarəti ölçülür. Bir neçə əməkdaşımızda hərarət müşahidə edildiyindən onlar işə buraxılmamışdı. Müvafiq analizlər götürüldükdən və nəticələr neqativ çıxdıqdan sonra işə geri qayıtmışdılar. Belə hallar digər mağazalarımızda da olub, qabaqlayıcı tədbirlər görülüb.
Sumqayıtda dörd “Araz” supermarketi fəaliyyət göstərir. Onların heç birində nə şübhəli hal, nə də koronavirusa yoluxduğu təsdiq edilən əməkdaşımız olmayıb. Bütün personal iş başındadır. Yayılan məlumatıar həqiqəti əks etdirmir. “Araz” supermarketlər şəbəkəsində işçilər qoruyucu tibbi maskalardan, əlcəklərdən istifadə edirlər. Eyni zamanda, mağazalarımızda mütəmadi olaraq dezinfeksiya işləri aparılır”.oxu.az




Loading...