Azərbaycanda hər gün yüzlərlə uşaq insan alverinin qurbanı olur. 
Bəs, bu qurbanlar kimlərdir? Əsasən "qaraçı" kimi tanınan "Roman tayfaları"nda anadan olan uşaqlar demək olar ki, doğulduqları gündən insan alverinin qurbanına çevrilir. Həmin uşaqlar təhsildən yayındırılır, diləndirilir və ya kirayə verilir. 
Bəli, Azərbaycanda uşaqlar kirayə verilir. Müəyyən miqdar qarşılığında. Qiymətlər isə fərqlidir. 2, 3, 5, ən çox halda 10 manata. Çeşidlər də müxtəlifdir. Qiymət uşağın fərasəti, yaşına görə dəyişir. Bu uşaqlar bölgələrdən Bakıya gətirilərək diləndirilir. Uşaqlara nəzarət isə onların "dəstəbaşı" tərəfindən həyata keçirilir. 
İnsan alverinin qurbanı olan 9 yaşlı Səma deyir:
"Atamı bir dəfə telefonda görmüşəm. Anam məni Pərvanə xalaya vermişdi. Mən hər gün səhərdən axşama kimi dilənirdim. Günə 50, 60, 70 manat pul yığırdım. Yığılan puldan hər gün 2 manat Pərvanə xala anama verirdi."
Azərbaycan uşaqların satılması, kirayəsi uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan hər kəsə məlumdur. Lakin illik dövlət hesabatlarında bu mövzuya rast gəlinmir. Kimlərsə nədənsə susur. Lakin müstəqil və peşəkar jurnalistlər də, hüquq müdafiəçiləri də, bir sözlə, bu sahə ilə məşğul olan hər kəs məlumatlıdır ki, Azərbaycanda uşaqlar kirayə verilir. 
Qeyri-rəsmi məlumatlara əsasən Azərbaycanda 8-10 min nəfər "qaraçı" var ki, bu sayın da yarıdan çoxunu uşaqlar təşkil edir. 
Mövzuya geri dönəcəyik...BAXAR.AZ




Loading...