Hər cür xəstəlikdə ən önəmli həll edici faktor bizim ümumi sağlamlığımız və immun sistemimizin güclü olmasıdır. Korona virus xəstəliyi hər yaşda olan insana (qoca, gənc) bulaşa bilir. Ancaq, immun sistemimizin güclü olması bu xəstəliyə yoluxma riskimizi, yoluxduğumuz zaman, xəstəliyin ağırlığını və ölüm riskini azalda bilir.

Tarixə qısa baxış

1960-cı illərə qədər vərəm xəstəliyi bütün dünyaya yayılmışdı. Ona görə də, bir çox ölkələrdə bu xəstəlik nəzərə alınaraq sanatoriyalar quruldu. O illərdə vərəm xəstəliyinin bəlli bir vaksini olmadığı, mualicəsi də çətin olduğu üçün bu sanatoriyalarda dəstəkləyici müalicələr həyata keçirilirdi. Dəstəkləyici müalicədə xəstələrin ümumi vəziyyətini yaxşılaşdırmaq, qidalanmalarını daha sağlam etmək və ən önəmlisi günəş vannaları müalicənin bir qismini əhatə edirdi. İllər keçdikcə aparılan araşdırmalar, günəş işığının təsiri ilə cildimizdə emal olunan D vitamininin immun sistemində çox önəmli bir ünsür olduğu anlaşılır və illərlə aparılan elmi araşdırmalar D vitamini ilə influenza (qrip) başda olmaqla virus xəstəlikləri ilə də bir başa əlaqəli olduğu bilinməkdədir.
D vitamini əskik olan insanların bu cür xəstəliklərə daha tez yoluxduqları və xəstəliyi daha ağır keçirdikləri də bəlli olmuşdur. Başqa tərəfdən isə D vitamini yüksək olan insanların, bu xəstəliklərə daha az yoluxduqları və xəstəliyi daha yüngül keçirdikləri məlum olmuşdur.
D vitamininin immun sisteminə olan təsiri
D vitamininin immun sisteminə olan təsiri həqiqətən də çox maraqlıdır. Bütün hüceyrələrimizdə D vitamini resepturlari yəni bağlantı nöqtələri olur. Beləki, D vitamini hüceyrələrimizin təbii antibiotiki olan Cathelicidin - lər və Defensin - lər deyilən bir sıra zülalları aktivləşdirər. Bu zülallar hər cür mikrob ilə savaşmaqda bizim ən önəmli silahımızdan biridir. Cathelicidin və Defensin zülallarının ən önəmli təsirləri virusların çoxalmasının (replication) qarşısını alır.

Qısa olaraq Covid19 xəstəliyinin necə yoluxduğunu və D vitamininin buna təsirinə nəzər salaq

- Virus ağ ciyərlərə tənəffüs yolu ilə keçir
- Ağ ciyər toxumalarında çoxalmağa başlayır
- Ağ ciyər toxumasında viruslar iltihaba səbəb olur
- İltihab bir müddət sonra sətəlcəmə səbəb olur
- Covid19 infeksiyasının ölümcül olmasının başlıca səbəbi Sitokin Fırtınası deyilən bir durumdur.
Sitokinlər normal şəraitdə viruslara qarşı immun sisteminin bir reaksiyasıdır. Bu reaksiya daxilində bir iltihab halı yaradılaraq viruslar kontrol altına alınmağa çalışılır. Ancaq sitokin fırtınası, immun sisteminin həddindən artıq reaksiya göstərməsi və qorxunc bir iltihaba yol açmasına səbəb olur. Bu durumda ağ ciyər kisəciklərinin (alveolaların) içinə maye sızmağa başlar və bir müddət sonra bu maye alveolaların oksigen tutumunu azaldır. Xəstə daha sonra tənəffüs cihazına qoşulmadığı təqdirdə həyatını itirir.
Ona görə də, D vitamini Cathelicidin və Defensinlər vasitəsilə virusların çoxalmasının qarşısını alır və eyni zamanda iltihaba səbəb olan sitokinlərin fırtınasının da qarşısı almaqda böyük rolu var.Təbii ki, Covid19 çarəsi D vitamini deyil, ancaq D vitamininin orqanizmdə normada olması, xəstəliklər ilə mübarizədə şansımızı artıran bir vasitədir.

D vitaminini haradan ala bilərik?

İlk öncə həkim ilə məsləhətləşmələr və qanda D vitamini yoxlatdirmaq lazımdır. Lazım olarsa, həkim məsləhəti ilə həb və ya damcı vasitəsilə də qəbul etmək olar.
- Bol balıq yemək
- Günəş vannası qəbul etmək (səhər 08.00-10.00 arası və axşam 17.00-20.00 arası)
- Süd və süd məhsulları (organik)
- Yumurta sarısı
- Qara ciyər (mal)
- Göbələk
- Cəfəri
- Yulaf və.s

Anti İltihab məhsullar

- Sarımsaq
- Kəklik otu
- Kirpi otu
- Rozmarin
- Zeytun yarpağı
- Nanə
- Reyhan
- Zəncəfil
- Jenşen

Tibbi baxımdan mənbə olaraq istifadə olunan kitab "Doktor Mutfakta"
ISBN: 9786257909594
Yazar: Prof.Dr.Yavuz Yörükoğlu

Ukrayna Kulinarlar Birliyinin üzvü, qida texnoloqu AĞA SALAMOV




Loading...