“SMS icazəyə limit qoyulması ilə bağlı qərar operativ qərargah tərəfindən, yəqin ki, müzakirə olunacaq”.
İNPA.AZ  xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bu gün keçirilən brifinqdə deyib:
“Bu barədə qərar tibbi qərargahda deyil, operativ qərargahda qəbul edilib. Yəqin ki, bu istiqamətdə də müzakirələr olacaq. Xüsusi karantin rejiminin tətbiq olunmasında məqsəd insanların bir-biri ilə təmasının azaldılmasıdır. 
Bizim məqsədimiz yoluxma zəncirinin qırılmasıdır. Ona görə də, bu tədbirlər görülür”.




Loading...