Ümumiyyətlə Azərbaycan və Ermənistan heç bir müstəvidə müqayisə olunmaz dövlətlərdir. Əslində Ermənistana heç müstəqil dövlət  demək də düzgün deyil. 
Bizim tarixi torpaqlrımızda havadarlarının köməyi ilə yaratdıqları Ermənistan adlı dövlət əslində marionet bir dövlətdir. Əgər Rusiyanın, qərbin və başlıcası xaricdəki erməni diasporunun maddi dəstəyi olmasa ermənilər acından ölıərlər. Vaxtı ilə 3 milyondan çox əhalinin yaşadığı düşmən ölkədə öz mətbuatlarının yazdığına görə 1 milyondan bir qədər artıq adam qalıb. Digəriləri çörək pulu qazanmaq üçün Rusiyaya, avropaya, dolayı yollarla Türkiyəyə gediblər. Bu ölkənin nə normal iqtisadiyyatı, nə də səhiyyəsi var. Pandemiya onların hansı acınacaqlı durumda olduğunu bütün dünyaya göstərdi. 

Orada insanlar taleyin ümidinə buraxılıblar. Baş nazir Paşinyanın özü də etiraf edir ki, infeksiyaya yoluxanların sayına görə Ermənistan dünyada liderlik edir. Onlar bu gün vəziyyətdən çıxmaq üçün ona-buna yalvarır, əl açırlar. Lakin sözün əsil mənasında müstəqil olan və tam müstəqil siyasət yürüdən Azərbaycan dövləti isə öz vətəndaşlarına bu ağır günlərdə koronavirusdan qorunmaq üçün bütün resurslarını səfərbər edib. Pandemiyanın ilk günlərindən prezident İlham Əliyevin rəhbərliyi ilə çox mühüm qərarlar qəbul edildi, mübarizənin  effektli təşkili üçün ciddi addımlar atıldı. 

Dövlət Başçısı son 6 ay ərzindəki bütün çıxışlarında xalqımızın sağlamlığının dövlətimizin siyasətinin prioriteti olduğunu dönə-dönə qeyd edib. Koronavirusun insanlar üzərində yaratdığı maddi problemlərin aradan qaldırılması üçün ölkəmizdə geniş sosial dəstək proqramları icra olunur. Bu məqsədlərlə artıq 3 milyard manata qədər dövlət vəsaiti xərclənib.  İşğalçı ölkədə isə vəziyyətin nəzarətdən çıxdığı və insanların özlərinin öz başlarına çarə axdardıqları göz qabağındadır. Elə bu səbəbdən də Ermənistanda böyük siyasi çaxnaşma başlayıb, Yerevanı və digər şəhərləri ehtiraslar dalğası bürüyüb.  Bu gün bütün bu reallıqları görə-görə Ermənistanı təbliğ etməkdən, vətənlərini isə ləkələməkdən çəkinməyən Milli Şura, AXCP və xarici ölkələrdə yaşayan  bəzi ünsürlər öz iddialarını gerçəkləşdirmək üçün Azərbaycan hakimiyyətini şərləməklə əsil simalarını və xislətlərini açıq aydın nümayiş etdirirlər.




Loading...