Belarus Prezidenti Aleksandr Lukaşenko COVID-19 pandemiyasının süni xarakterli olduğunu istisna etmir.
 
İNPA.AZ xəbər verir ki, o, bu barədə Minskdə vətəndaşlar qarşısında çıxışında bildirib.
 
"Vaxtilə bir sual vermişdim. İki ay əvvəl bunu soruşdum, yenə də soruşuram: bu pandemiya insan tərəfindən hazırlanmış hadisədir? Bilmirəm. Bu barədə düşünün”, - Lukaşenko bildirib.
 
Belarus prezidenti dünya nəhəngləri – ABŞ və Çin arasındakı geosiuyasi və iqtisadi rəqabətə də diqqət çəkib:
 
"Çin və Amerikanın dünyanı yenidən bölüşdürə bilməsi üçün xüsusi və peşəkarlıqla hazırlanmış oyun deyildimi? Ya da başqa ölkələri özünüzə tabe etmək üçün? Əsas iqtisadiyyatdır. Mövcud olanları bölməyə başladılar”. / Teleqraf 




Loading...