Bəzi elektrik qatarlarının hərəkəti müvəqqəti dayandırılır.
İNPA.AZ xəbər verir ki, sərnişin sayının azalması ilə əlaqədar iyunun 30-dan etibarən bəzi elektrik qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılacaq.
Hərəkəti dayandırılacaq qatarların siyahısı aşağıdakılardır:
- Bakıdan saat 16:20-də yola düşən 6609 Bakı-Pirşağı-Sumqayıt qatarı;
- Bakıdan saat 18:55-də yola düşən 6021 Bakı-Xırdalan-Sumqayıt qatarı;
- Sumqayıtdan saat 17:13-də yola düşən 6018 Sumqayıt-Xırdalan-Bakı qatarı;
- Sumqayıtdan saat 20:43-də yola düşən 6030 Sumqayıt-Xırdalan-Bakı qatarı.




Loading...