Səhiyyə Nazirliyinə pandemiya dövrü ərzində bir sıra işlərdə TƏBİB-ə yardım etməsitapşırığı verilib. Nazirliyin görəcəyi işlərin siyahısıaçıqlanıb. Bura ,yeni növ koronavirus infeksiyasına yoluxmuş şəxslərə həm ambulator-poliklinik, həm də təcili və təxirəsalınmaz tibbi yardımın müalicəsinin göstərilməsi daxildir.
Səhiyyə Nazirliyi koronavirusla mübarizədə TƏBİB-ə yardım edəcək. Artıq nazirliyin görəcəyi işlərin siyahısı da məlum olub.
103 təcili tibbi yardım və ambulator yardım xidməti müvəqqəti olaraq pandemiya dövründə iş bölgüsü əsasında Səhiyyə Nazirliyində olacaq. Bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirib. Onun sözlərinə görə Nazirlər Kabineti yanında Operativ Qərargah COVID-19-la mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün dövlət bir səhiyyə qurumunun digərinə yardım etməsini tapşırıb
Mətbuat katibinin sözlərinə görə, hətta onlara görüləcək işlərlə bağlı tapşırıqlar da verilib.
Qeyd edək ki, koronavirus pandemiyası ilə mübarizə çərçivəsində görülən tədbirlər ölkədə sanitar-epidemioloji vəziyyətə nəzarət tədbirlərinin gücləndirilməsi məqsədini daşıyır.





Loading...