Azərbaycanda məktəb direktorunun koronavirus testi müsbət çıxıb.
Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Masallı rayonu Təzə Alvadı kənd məktəbinin direktoru, 1958-ci il təvəllüdlü Süleymanov Möhsün Cabir oğlunun koronavirus testi müsbət nəticələnib.
O, Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Məktəb direktorunun səlahiyyətləri Möhsün Süleymanov sağalıb işə qayıdanadək təlim-tərbiyə işləri üzrə direktor müavini Həsrətov Ramin Xudacan oğluna həvalə edilib.




Loading...