Türkiyədə son sutka ərzində 1268 yeni yoluxma faktı qeydə alınıb.
İNPA.AZ Türkiyə mətbuatına istinadən  xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.
Nazirin sözlərinə görə, Türkiyədə bu gün 27 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 5001, yoluxanlar isə 190 min 165 nəfərə çatıb.
Türkiyədə indiyədək 162 min 848 xəstə sağalaraq evə buraxılıb.




Loading...