Baş katib: "Ermənistandakı konstitusiya böhranı Venesiya Komissiyasının rəhbərliyi ilə həll edilə bilər"

"Venesiya Komissiyasının 19 iyunda qəbul edilmiş və bu gün ictimaiyyətə açıqladığı rəyi Ermənistan parlamenti və Konstitusiya Məhkəməsi arasında yaranmış konstitusiya böhranının mərkəzində yer alan problemləri həll etməyə imkan verir".
İNPA.AZ  musavat.com-a istinadən xəbər verir ki, Avropa Şurasının Baş katib Mariya Pejcinović Buric belə deyib.
Bu xəbər Avropa Şurasının rəsmi saytında yayılıb.
Qeyd edək ki, Ermənistanda hakimiyyətin müxtəlif qolları arasında yaranmış qarşıdurma o həddə çatıb ki, artıq Avropa Şurası belə prosesə müdaxilə etmək zorunda qalıb. Əslində, Ermənistanın Baş naziri Nikol Paşinyanı iqtidardan uzaqlaşdırmaq istəyən qüvvələr bir araya gəliblər.
Baş nazir isə qarşı tərəfi neytrallaşdıra bilmir. Bugünlərdə Ermənistan məhkəməsi ölkənin konstitusiya quruluşunu devirməkdə ittiham olunan keçmiş prezident Robert Koçaryanı zaminə buraxdı.
Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edən "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Tsarukyanın istintaqa cəlb etmək üçün atılan bütün addımlar uğursuluğa düçar oldu. Bu isə Ermənistanda faktiki olaraq siyasi böhrana gətirib çıxarıb. Venesiya
Komissiyasının bu işə müdaxiləsi isə problemin nə qədər ciddi olmasından xəbər verir:
"Mən bütün səlahiyyətli orqanları 2015-ci il Konstitusiyasının müvafiq müddəalarına söykənərək və Avropa Şurası standartlarına uyğun şəkildə həyata keçirmək yolu ilə Konstitusiya böhranının aradan qaldırılması üçün tövsiyələrini rəhbər tutmağa dəvət edirəm", - deyə, Baş katib bildirib.




Loading...