Gürcüstan hökuməti iyulun 1-dən sərhədlərini əcnəbi turistlər üçün açmaq barədə qərarına yenidən baxacaq.
Bu barədə Gürcüstanın hökumət dəftərxanasından bildiriblər.
Məlumatda qeyd olunub ki, hökumətin iyunun 22-də keçirilən iclasında beynəlxalq turizmin bərpası və digər məsələlər müzakirə olunub. Gürcüstan İsrail, Avropa İttifaqı və digər tərəfdaş ölkələr ilə turizmin bərpası üzrə uğurlu danışıqlar aparıb.
Lakin həmin ölkələr epidemioloji vəziyyətə görə sərhədlərini turistlər üçün açmağı təxirə salıblar. Gürcüstan hökuməti dünyada koronavirusla bağlı cari tendensiyaları izləyəcək və ölkə sərhədlərinin əcnəbi turistlər üçün açılması barədə müvafiq qərar qəbul edəcək.
Yaxın zamanlarda bu barədə ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, rəsmi Tiflis iyulun 1-dən xarici turistləri qəbul edəcəyini açıqlamışdı.axar.az 





Loading...