Rusiya Federasiyasında koronavirus infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi üçün 17,2 milyon test keçirilib. 
TASS xəbər verir ki, bu barədə Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətin (Rospotrebnadzor) yaydığı məlumatda qeyd olunub.
Qeyd edək ki, Rusiya COVID-19 virusuna yoluxma sayına görə (584 680 nəfər) ABŞ və Braziliyadan sonra üçüncü sırada qərarlaşıb. 8 111 xəstə koronovirusun qurbanı olub.





Loading...