İran parlamentinin deputatı Məhəmməd Mehdi Zahidi koronavirusa yoluxub.
İNPA.AZ apa.az-a istinadən xəbər verir ki, koronavirus aşkarlanan deputat Tehrandakı xəstəxanalardan birinə yerləşdirilib və vəziyyəti getdikcə yaxşılaşır.
Qeyd edək ki, may ayında İran parlamentinin koronavirusa yoluxan iki deputatı vəfat edib. İndiyədək 20-dən çox deputatda koronavirusa yoluxma aşkarlanıb.  Bu ölkədə COVID-19-a yoluxanların sayı 204 952 nəfərdir. 9623 nəfər vəfat edib. 163 591 nəfər sağalıb.




Loading...