Bir neçə gün öncə dekolte paltarıyla diqqət çəkməyi öz yerində həm də şəxsi avtomobilində ara mahnısına oynayıb video çəkən, Kəlbəcər rayon 23 saylı tam orta məktəbin direktoru Həqiqət  Şükürovanın məmur ailəsi barədə  araşdırma apardıq.

Pressaz.info xəbər verir ki, xanım direktorun ailə üzvlərinin demək olar ki, hamsı yüksək postlarda vəzifədə olub.  H. Şükürova haqqında saytlarda və sosial şəbəkələrdə geniş müzakirə mövzuları olan xəyanət, rüşvətxorluq faktları o qədər çoxdur ki, xanım direktorun niyə belə bir video çəkməsini anlaya bilmədik. Əslində bu qədər mənfi bir reputasiyası olan müəllimə özünə çəki-düzən verməli belə səhvlərə yol verməməlidir. Görünür  bəzi  kəlbəcərli məmurların himayədarlıq funksiyası belə müəllimələrin də özbaşınalığına səbəb olur.



Ata - Əvəz Şükürov isə 1993-95-ci illərdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı olub.
 1995-ci ildə keçmiş Baş nazir Surət Hüseynov dövlət çevrilişinə cəhd göstərdiyi zaman Surət Hüseynovu dəstəklədiyi üçün mərhum prezident Heydər Əliyev tərəfindən vəzifədən qovulub . Vətənə olan bu xəyanətin cavabı çox sərt olub. (Mənbə: xalqxeber.az)



Bacı - Elmira Şükürova Xalqxeber.azQafqaznews.az  saytlarının verdiyi məlumata görə  bir müddət Ağdamın keçmiş təhsil şöbə müdiri işləyib. O, Ağdam Təhsil Şöbəsinə rəhbərlik etdiyi neçə illər ərzində saysız-hesabsız qanun pozuntularına imza atıb.

Araşdırmalar zamanı o da bəlli olub ki, təhsil şöbəsinin müdiri həmçinin Ağdam-Bərdə yolunun üzərində iri heyvandarlıq kompleksinin də sahibi kimi tanınıb. Uzun müddət fəaliyyətdə olan bu kompleks sonradan satılıb. Həm də E.Şükürova Kəlbəcərə təhsil şöbəsinin müdiri getdiyi ərəfədə. Görünür, ona pul lazım olub.

E. Şükürovanın oğlu isə qumarda 200 min manat uduzmaqda adı hallanırdı. Buna görə vəzifəsindən çıxarıldı.Xanım Şükürovanın Gəncə Məhkəməsində işləyən övladı Emin Bayramov «Topaz»ın əsas müştərilərindən biri hesab olunub.

Elmira Şükürova heç də imkansız biri olmayıb və onun külli miqdarda sərvətə malik olduğu da sirr deyil. Həmin məlumatlara görə, sözügedən şəxs Ağdamda işlədiyi zaman Bərdə şəhərində bir neçə iri obyekt alıb.



Bacı - Sədaqət Şükürova isə Yevlax şəhər M.Ələkbər Sabir adına 2 saylı tam orta məktəbin direktorudur. Sosial şəbəkələrdə dəbdəbəli ad günü ilə bir vaxtlar gündəm olan xanım direktor bütün bu yazıları sildirməyə nail olmuşdur. 




Qardaş - Şahlar Şükürov Azərbaycanın Milli Qəhrəmanıdır. Ailənin və vətənimizin yeganə  fəxr ediləsi övladı məhz  Şahlar Şükürovdur.  1990-cı il 11 iyul Tərtər-Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı erməni işğalçılarının hücumuna məruz qalıb. Son nəfəsinəcən vuruşan Şahlar  qəhrəmancasına həlak olub. 

Xanım direktor bu videoları çəkəndə  məhz onun xatirəsini müəllim peşəsindən də uca tutmalı idi.

Onuda qeyd edək ki, Şahlar Şükürov və Elmira Şükürova xanım direktorun ögey qardaş-bacısıdır.

 Bu ittihamlarla bağlı qarşı tərəfin də  mövqeyini dərc  etməyə hazırıq!


Sonda direktorun çəkdiyi videoları bir daha oxucularımızla paylaşırıq.






Loading...