Kəlbəcər rayon 23 nömrəli tam orta məktəbin direktoru Həqiqət Şükürova, mütəmadi olaraq əlaqəsi olduğu bir neçə saytlarda şəninə təriflər yağdırır, savadsız və yaltaq jurnalistlərin "bacarıq"larından faydalanır. 

Məlumunuzdur ki, saytımızda Pressaz.info-ya  daxil olmuş şikayətlər və sosial şəbəkələrdə yayılan videolar əsasında Həqiqət Şükürova haqqında bir neçə məqalələr dərc olunub. Tamamilə hüquqi aspektdən qanunsuz sayılan hərəkətləri və müəllim davranış qaydalarına zidd, qeyri-etik videoları ilə məşhur olan Kəlbəcər rayon 23 nömrəli tam orta məktəbin fenomen direktoru Həqiqət Şükürova yaxın ətrafı və jurnalist dostları sayəsində, haqqında gedən bu haqlı mübarizəni "qara kampaniya" adlandırır.

Qeyd edək ki,  kampaniya sözünü "konpaniya" yazan jurnalist, yayılmış videonu təsadüfi və nadir tapıntı kimi təqdim edir. Əslində bu belə deyil və xanım direktorun hal hazırda sildiyi profillərində onlarla belə videolar olub və bu təsadüfi deyil. Direktorun güvən yerləri çox ola bilər amma müəllim peşəsinin incəlikləri onu tələb edir ki, bir müəllim adını daşıyan şəxs həm şəxsi həm də iş həyatında etik normativ qaydalara əməl etsin. Axı hansısa vurma cədvəlini belə bilməyən ara müğənnisinin ara mahnısına çəkdiyi  videosunun onun rəhbəri olduğu tədris ocağına heç bir xeyri yoxdur. Orada yetişən yüzlərlə şagird üçün  belə videolar ilə necə "nümunəvi"  direktor olmaq olar?!

H. Şükurova haqqında tezliklə saytımızda dərc olunacaq "Kəlbəcər rayon 23 nömrəli tam orta məktəbin direktoru Həqiqət Şükürova kimdir? - DOSYE" yeni yazımızı qaçırmayın. 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!

Pressaz.info  xanım direktorun öz təbirlərincə desək "ağ" kampaniyasını aparan "savadlı" jurnalistlərinin saytlarından bəzi nümunələri təqdim edir:







Loading...