Müəllimlərin etik davranış prinsiplərini kobud şəkildə pozan direktor Kəlbəcər rayon 23 nömrəli tam orta məktəbin direktoru Həqiqət Şükürova haqqında Azərbaycan  Respublikası Təhsil Nazirliyi heç bir ölçü götürməyib .

Pressaz. info xəbər verir ki, sosial şəbəkələrdə dublaj videoları ilə məşhurlaşan fenomen direktor Həqiqət Şükürova,  “Azərbaycan Dəmir Yolları” QSC Həkim-Sanitar Xidmətinin rəisi Adil Şükürovun bacısıdır. Məhz onun himayədarlığı ilə hələ də peşə fəaliyyətini davam etdirməsi faktı istisna edilmir.

Qeyd edək ki, Kəlbəcər rayon 23 nömrəli tam orta məktəbin direktoru Həqiqət Şükürova avtomobil idarə edərkən musiqi sədaları altında  video çəkərək sosial şəbəkədə paylaşıb. Beləliklə o,  Azərbaycan  Respublikası Təhsil Nazirliyinin qərara aldığı müəllimlərin etik davranış prinsiplərini  kobud şəkildə pozmuşdur. Buna baxmayaraq H. Şükürova hələ də vəzifə başındadır. Ümüd edirik ki, məmurların himayədarlıq çirkabı təhsilimizi çirkləndirməyəcək. Müəllim adına xələl gətirən insanlar bu peşədən uzaqlaşdırılacaqdır. 

Təhsil bizim gələcəyimizdir!





Loading...