Cəlilabad rayonunda yeniyetmənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü saxlanılıb.

Avtomobilin sürücüsü Mahmudov Elvin Telman oğlu polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, hadisə ötən gün Cəlilabad-Buravar yolunun Abışabad kəndi ərazisindən keçən hissəsində baş verib. Rayonun Təklə kənd sakini Mahmudov Elvin Telman oğlu idarə etdiyi "VAZ 2107" markalı avtomobillə yolu keçmək istəyən 2010-cu il təvəllüdlü Nəzərov Nihad Ramil oğlunu vurub.

Yaralı Cəlilabad Diaqnostika Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən sürücü Elvin Mahmudov rayonda müğənnidir.

Faktla bağlı araşdırmalar davam etdirilir. /report.az/




Loading...