"Özümü adi insanların yanında çox rahat hiss edirəm. Bu, müəyyən dərəcədə mənim mühitimdir, çünki mən də adi işçi ailəsindən gəlmişəm”.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin "Rossiya 1” telekanalının aparıcısı Pavel Zarubinin "Rusiya. Kreml. Putin” proqramının fraqmanında deyib.
Nəvələrinin ona verdiyi hədiyyələrdən söz açan dövlət başçısı bildirib ki, onları ofisində yox, istirahət otağında saxlayır. O, II Dünya müharibəsində Sevastopolda xidmət edən atasının portretini də göstərib.
Rus lider günün hər saatında əlaqədə olmağın vəzifəsinin öhdəliyi olduğunu qeyd edib.
Qeyd edək ki, bir gün əvvəl Vladimir Putinin xüsusi istirahət otağı ilə bağlı reportaj yayımlanmışdı.




Loading...