Prezident İlham Əliyev özünün rəsmi facebook səhifəsində paylaşım edib.

Pressaz.info xəbər verir ki, paylaşımda dövlət başçısı bildirib ki, ” 5 il sonra biz yalnız özümüzün nə edəcəyimizi proqnozlaşdıra bilərik: Qarşıdan gələn 3 il ərzində biz əsas infrastruktur layihələrini – dəmir yolu, avtomobil yolları, elektrik enerjisi istehsalı və su təchizatı layihələrini başa çatdıracağıq və tikinti işlərinin fəal bazasında olacağıq.

Bütün şəhər və kəndlərin bərpası üçün zəruri master-planlar olmalı, oraya qayıdacaq insanlar lazımi yaşayış şəraitilə təmin edilməlidir. Onlar maliyyə cəhətdən dövlətdən asılı olmamalıdırlar.

Həmin vaxta qədər Zəngəzur dəhlizi istifadəyə veriləcək”.




Loading...