Bakı xəstəxanalarında 85 faizə qədər doluluq yaşadığımız dövr olub. Ona görə əlavə çarpayı fondunun yaradılması üzrə ssenari işə salınıb.

İNPA.AZ xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

“Simptomları zəif olan və simptomsuz xəstələrin evdə müalicəsi üçün poliklinikarda təlim keçilib və tibbi heyət hazırdır. Xəstələrin evi tərk etməməsi ilə bağlı nəzarət müvafiq qurumlar tərədindən aparılacaq. Vaxtaşırı 12 saatdan bir vətəndaşların vəziyyəti ilə bağlı suallar veriləcək və sistemə daxil ediləcək. Buna əsasən xəstənin evdə müalicəsinə davam etməsi və ya xəstəxanaya gətirilməsi barədə qərar veriləcək. Lakin bu gün xəstələrin böyük əksəriyyətinin xəstəxanalara gətirilməsi təmin olunub”.Medicina.az




Loading...