Bakı Nəqliyyat Agentliyinin binasının qarşısında fərqlənmə nişanlarını almaq istəyən taksi sürücüləri sıxlıq yaradıb.
İNPA.AZ xəbər verir ki, ölkə ərazisində iyunun 21-dən iyulun 5-dək ciddi karantin rejimi dövründə taksi sürücüsü kimi fəaliyyət göstərmək istəyənlərdə bu nişan olmalıdır.
Sürücülərin sözlərinə görə, aralarında səhər saat 6-dan növbə gözləyənlər var. 
BNA-nın mətbuat katibi Mais Ağayev bildirib ki, fərqlənmə nişanı yalnız hüquqi şəxslərə təqdim edilir. Məqsəd sərt karantin rejimində taksi xidməti adı altında sərbəst hərəkət imkanı əldə etmək kimi sui-istifadə hallarının qarşısının alınmasıdır.
Ətraflı süjeti təqdim edirik:
VİDEO linki burada ​​​




Loading...