“Rusiya Donetsk və Luqansk bölgələrində, eləcə də, Krımda təhlükəsizlik situasiyasını mütəmadi olaraq ağırlaşdırır, atəşkəsə sadiqliklərinə zidd mövqe sərgiləyir”.

Pressaz.info xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Bildirilib ki, Rusiyanın indiki eskalasiyası sistemlidir və son illərin ən genişhəcmlisidir:

“Rusiyanın davranışı vəziyyəti çıxılmaz nöqtəyə gətirib. Tək çıxış yolu diplomatiyadır.

Moskva intensivləşən hərbi gərginliyi dayandırmalı, dərhal və qeyd-şərtsiz münaqişənin həllinə dair siyasi-diplomatik vasitələrə sadiqliyini təsdiqləməli və atəşkəslə bağlı mövqe sərgiləməlidir”.

Bəyanata əsasən, Ukrayna Almaniya və Fransa ilə birlikdə Normandiya dördlüyü olaraq Rusiyanı danışıqlarda konstruktiv iştiraka cəlb etmək üçün çalışırlar:

“ABŞ, Kanada, Böyük Britaniya və NATO daxil olmaqla, digər tərəfdaşlarımız da Rusiyanın danışıqlarda iştirakında maraqlıdır”.
Vurğulanıb ki, Ukrayna münaqişənin həllində siyasi-diplomatik vasitələrə üstünlük verir, çünki sülh və insan həyatı Ukrayna dövləti üçün əsas dəyərdir./qafqazinfo/





Loading...