Göyçay Rayon Mərkəzi Xəstəxanasının pandemiya üçün mübarizə xəxtəxanasına çevrilməsi ilə bağlı qərar ləğv olunub.
Bu barədə Oxu.Az-a açıqlamasında Göyçay RMX-nin direktoru Elçin Bilalov məlumat verib.
O bildirib ki, ötən gün bu istiqamətdə qərar verilsə də, TƏBİB nümayəndələri tərəfindən məsələyə yenidən baxılıb:
“Xəstəxanamızın iyunun 17-də koronavirusla mübarizə məqsədilə pandemiya xəstəxanasına çevrilməsinə qərar verilmişdi. Lakin TƏBİB tərəfindən bu istiqamətdə yenidən müzakirələr aparılıb.
Bizim xəstəxana beş regiona xidmət göstərir. Göyçay RMX-nin bölgənin ən böyük xəstəxanası olması nəzərə alınaraq, pandemiya üçün mübarizəyə ayrılması istiqamətində verilən qərar ləğv edilib.
Bizim xəstəxananın yerinə Ağsu Mərkəzi Rayon Xəstəxanasının pandemiya ilə mübarizəyə bağlanmasına qərar verilib. Göyçay Rayon Mərkəzi Xəstəxanası əvvəlki qaydada öz fəaliyyətini və xəstə qəbulunu davam etdirir”.




Loading...