AMEA-nın prezidenti Ramiz Mehdiyevlə bağlı sensasion fakt üzə çıxıb.

Ramiz Mehdiyev AMEA-nın əsas binasındakı kabinetinə gəlib-gedəndə arxa qapıdan istifadə edir. Çünki o, AMEA-nın əməkdaşları ilə qarşılaşmaq istəmir. Onun istifadə etdiyi lift isə mərmərlə döşənib.

Qeyd edək ki, AMEA-nın keçmiş prezidenti Akif Əlizadə R.Mehdiyevdən fərqli olaraq ön qapıdan istifadə edirdi.
AMEA rəhbərliyinin qəbul günlərinə nəzər yetirdikdə, burada Ramiz Mehdiyevin adına rast gəlmək mümkün deyil. Belə ki, vətəndaşları qəbul edən rəhbər şəxslər əsas etibarı ilə vitse-prezidentlərdən ibarətdir.

Konkret.az





Loading...