Rusiyanın “Bloknot” regional informasiya portalının baş redaktoru Oleq Paxolkov Rostov-Volqoqrad şossesində gedərkən Ukrayna ilə sərhədə tərəf irəliləyən çoxsaylı tanklar və BTR-lərdən ibarət hərbi kalonlar görüb.

“Qarşıma tank kalonu çıxdı, BTR-ləri də çəkib aparırdılar. Və nəsə mənə deyir ki, Vətən müharibəyə hazırlaşır. Məndə bu mövzuda başqa informasiyalar da var ki, Ukrayna ilə müharibə variantı tamamilə ciddi şəkildə nəzərdən keçirilir”,-Paxolkov Rostov-Volqoqrad şossesi ilə avtomobil idarə edərkən çəkdiyi videoda bildirir.

Pressaz.info virtualaz.org-a istinadən bildirir ki, daha sonra baş redaktor 44 günlük Qarabağ müharibəsini xatırladır, Ukrayna ordusunun da pilotsuz döyüş sistemləri ilə silahlandığını qeyd edir.





Loading...