Son günlər sosial mediada APA TV-nin bağlanacağı və qurumun tərkibinə daxil olan Lent.az saytında dəyişikliklərin olacağına dair məlumatlar yayılıb.

Pressaz.info
xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında “APA Group”un baş direktoru Vüsalə Mahirqızı yayılan məlumatların əsassız olduğunu deyib. O, APA TV-nin fəaliyyətini davam etdirdiyini bildirib: “Yayılan məlumatlar tamamilə yalandır. Açığı, bu məlumatları kimin yaydığını mən də bilmirəm, lakin bu məlumatlar yalandır. APA TV bağlanmır, belə bir şey yoxdur. Sadəcə, bir neçə verilişin fəaliyyətini dayandırmışıq. Bu internet televiziyasıdır, biz zaman-zaman müşahidələr aparırıq, mövzuları tükənən, sosial şəbəkə istifadəçilərinin daha az rəğbətini görən verilişləri bağlayır, onların əvəzinə yeni verilişlər yaradırıq. APA TV-də bir neçə verilişin fəaliyyəti müxtəlif səbəblərdən dayandırılıb, əvəzinə isə bu aydan bir neçə yeni proqram fəaliyyətə başlayacaq”.




Loading...