Ötən ilin avqustunda Türkiyədə qətlə yetirilən azərbaycanlı "qanuni oğru", kriminal aləmdə "Lotu Quli" kimi tanınan Nadir Səlifovun məzarının görüntüləri yayılıb.

Nadir Səlifovun məzarının ətrafına kriminal aləmə uyğun olaraq 8 guşəli ulduz formasında əkililər düzülüb. 

Qeyd edək ki, "Lotu Quli" İstanbulun Böyük Çəkməcə rayonundakı qəbiristanlıqda dəfn edilib. O, ötən il yaxın adamı Xan Əhmədlinski (Xəqan Zeynalov) tərəfindən Antalyada yerləşən oteldə sui-qəsd nəticəsində qətlə yetirilib. /hit.az/





Loading...