Nazirlər Kabineti yanında Operativ Qərargahın məlum qərarı əsasında Bakı şəhərində bütün küçə və prospektlər yol polisi tərəfindən tam nəzarətə götürülməklə xidmət təşkil edilib. Bu barədə “İNPA”ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.  

Təşkil edilmiş stasionar yoxlama-buraxılma məntəqələrində müvafiq sənədlər yoxlanılmaqla hərəkət iştirakçılarına şərait yaradılır.

“Hərəkətə icazəsi olmayan sürücülərə tənbeh tədbirləri tətbiq edilib və, eyni zamanda, profilaktiki tədbirlər həyata keçirilib. Bunun nəticəsidir ki, bu həftə ərzində ötən həftə ilə müayisədə inzibati tənbeh tədbirlərinin tətbiqi azlıq təşkil edib. Bu da vətəndaş-polis münasibətlərində birgə həmrəyliyin bariz nümunəsidir. İnanırıq ki, pandemiya dövründə vətəndaşlarımız səbrli və təmkinli olacaq və tələblərə uyğun hərəkət edəcəklər”, - məlumatda bildirilib.






Loading...