Türkiyənin Diyarbakır vilayətində yerləşən Başhan kəndi karantinə alınıb.
İxlas xəbər agentliyi xəbər verir ki, kəndin muxtarının ailəsi bir neçə gün əvvəl qızlarının nişanı ilə əlaqədar Batman vilayətinə gedib. Geri qayıdandan sonra gəlinin ailəsindən 4 nəfər, eləcə də 2 yaxın qohumda koronavirus aşkarlanıb. Dərhal 120 nəfər əhalisi olan və Bismil qəsəbəsinin tabeliyində olan Başhan kəndi nəzarətə götürülüb. Kəndə giriş-çıxış məhdudlaşdırılıb və bütün sakinlər karantinə alınıb.
Nişan məclisində iştirak edənlərin də nzarətə götürüldüyü bildirilir./publika.az
[media=https://www.youtube.com/watch?v=hlD-LZPCikI]




Loading...