Argişti Kərəmyanın Milli Təhlükəsizlik Xidmətinin direktoru təyin edilməsi milli təhlükəsizlik üçün təhdiddir.
İNPA.AZ   axar.az-a istinadən xəbər verir ki, bunu “Yerkir media” televiziyasına müsahibəsində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan deyib.
“Baş nazir həmişəki kimi ziddiyətli bəyanatlar verir. Argişti Kərəmyanın təyinatını milli təhlükəsizliyə təhdid sayıram. Ona görə ki, təhlükəsizlik orqanlarının işində və idarəetməsində təcrübəsi olmayan adam böyük həcmdə informasiyaya giriş əldə edəcək və fərqli məsələlərlə bağlı sürətli qəbul etməli olacaq”, – deyə o bildirib.





Loading...