Türkiyənin peyvəndin ikinci dozasını vurduran vətəndaşlar üçün karantin rejimini ləğv etməyə hazırlaşması prosesini hələ ki Azərbaycan üçün doğru hesab etmirəm.

Pressaz.info xəbər verir ki, bunu milli.az-a açıqlamasında həkim-infeksionist Nilufər Məmmədova deyib.

İnfeksionist bildirib ki, vaksinasiyanın ikinci dozası başa çatmadığı müddətcə hamı maska taxmalıdır:

"Əhalinin müəyyən qrupunun vaksinasiya olunmadığı təqdirdə digər qorunma üsullarına əməl etməsi zəruridir. Yəni, nəzərdə tutulmuş müəyyən bir qrup əhalinin vaksinasiyası, ikinci dozası başa çatmadığı müddətcə hamı maska taxmalıdır, sosial məsafəni gözləməlidir, əl gigiyenasına diqqət olunmalıdır, qapalı məkanlardan uzaq durulmalıdır, yaxud otağın havası tez-tez dəyişdirilməlidir.

Yalnız bunların hamısına birlikdə əməl edilərsə, pandemiya sona çata bilər, ancaq tək-tək xəstələnmə halı ilə virusa rast gəlinə bilər. Bunların hamısı birlikdə olmadığı təqdirdə əhalinin çox az bir kütləsi vaksinasiya olunarsa, karantin rejiminin yalnız vaksinasiya olunanlar üçün ləğv edilməsi mümkünsüzdür, real deyil.

Hər nə qədər desək də o şəxslər üçün karantin rejimi ləğv edilir, vaksinin xəstəliyə yoluxmanın qarşısını almadığını nəzərə almalıyıq. Yəni, vaksin vurduranlar belə xəstəliyə yoluxa bilərlər. Sadəcə olaraq vaksin daha yüngül gedişli xəstəlik formasını bizə vəd edir. Yoxsa, vaksinin yoluxmanın qarşısını alacağı deyilmir".




Loading...