Bakıda dayanma-durma qaydasını pozan sürücü tıxaca səbəb olub. Bu barədə sürücülərdən biri redaksiyamıza müraciət ünvanlayaraq qeydə aldığı fotoların ictimailəşdirilməsini istəyib.

Pressaz.info xəbər verir  ki, martın 17-i paytaxtın Məhəmməd Naxçıvani küçəsində hərəkət edərkən tıxaca düşüb. Məlum olub ki, 99-OX-941 qeydiyyat nişanlı “Ford” markalı avtomobilin sürücüsü yolayrıcında dayanma-durma qaydasını pozaraq avtomobillərin yolunu kəsib. Tıxacda ləngiyən sürücü ona yaxınlaşıb irad bildirərək avtomobilin oradan götürülmsəsini xahiş etdikdə o, “əcəb eləmişəm, get kimə istəyirsən şikayət elə” deyərək qərəzli formada fikrini ifadə edib.Avtosfer.az




Loading...