“Süd verən anaların koronavirusa (COVID-19) yoluxmayacağı barədə fikirlər yanlışdır”. 
Pressaz.info  xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.
Onun sözlərinə görə, hər yaş qrupunda yoluxma statistikası var:
“Gənc yaşlarda koronavirusa yoluxan şəxslərin sayı azdır. Amma süd verən anaların xüsusi qoruyuculuğunun olması barədə fikirlər yanlışdır və onlar da virusa yoluxa bilər”.




Loading...