Ölkəmizdə ilk gündən koronavirus əleyhinə aparılan mübarizə, xalqımızın həyat və sağlamlığının qorunmasında vaxtında atlan adekvat adımlar, əldə olunan müsbət nəticələr, eyni zamanda epidemioloji böhranın yaratdığı sosial-iqtisadi problemlərin aradan qaldırılması sahəsində görülən böyük işlər ölkə ictimayyəti tərəfindən müsbət qarşılanmaqla yanaşı, bütün dünyada da maraqla qarşılanmışdır. Dünyaca məşur “ Euronews”, “TRT Haber”, “Haber Global”, “CNN” “Мир ТВ” kanallarının, yazılı nəşrlərin, elektron mətbuatın bizim milli təcrübəmizə üz tutaraq Azərbaycan modelini təbliğ etməsi, Ümumdünya Səhiyyə Təşkilatının dövlətimizin də bu sahədəki fəaliyyətini təqdir etməsi bizi çox sevindirir. Heç kim düşünməzdi ki, Azərbaycan pandamiya ilə təkbaşına, məharətlə, peşəkarlıqla, təmkinllə, ləyaqətlə bacara bilsin. Azərbaycan hakimiyyəti həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə də düzgün, ləyaqətli siyasət aparır. Bu gün Azərbaycan pandemiya dövründə ən çox yardım gğstərən ölkələrdən biridir. Belə ki, fərdi qaydada 14 ölkəyə, ÜST xətti ilə Qoşulmama Hərəkatına üzv 15 ölkəyə, ümumilikdə isə 29 ölkəyə hümanitar yardım göstərmişdir. Azərbaycan pandemiya dövründə Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü və Qoşulmama Hərəkatının Zirvə görüşünü təşkil etməklə dünyanı birləşdirdi. Azərbaycan hakimiyyətinin bir çox digər məsələlərdə olduğu kimi pandemiyaya qarşı həm ölkə daxilində, həm beynəlxalq müstəvidə həyata keçirdiyi kompleks və səmərəli tədbir doğurdan da, bugünkü dünyada qabaqcıl bir nümunədir, örnəkdir. Bütün bunlar bir ölkə sakini və vətəndaş cəmiyyətinin nümayəndəsi kimi məndə qürur hissi yaradır.




Loading...