Məhərrəmova Müjgan Eldar qızı 2009-cu ildə Qazaxda  anadan olmuşdur. 

Qazax şəhər  3 saylı tam  orta məktəbin 5-ci  sinif şagirdidir . Onun musiqiyə  olan həvəsi  təxminən 3 yaşı olanda oyanmışdır . Belə ki, onun 3  yaşında atası  ona balaca bir  skripka hədiyyə  etmişdir.  Bax beləcə bu  balaca qız  həyata  musiqinin gözləri  ilə  baxmağa başladi.   2017-ci ildə  Qazax şəhər  1 saylı musiqi məktəbinin 1-ci  sinfinə ( skripka üzrə)  qədəm  qoydu, hal-hazırda həmin məktəbin  3-cü  sinfində  oxuyur. Skripkanın  ilk sirlərini  məktəbin istedadlı  skripka müəllimi Lalə xanımdan   öyrənən   Müjgan bununla da kifayətlənmədi,  onun skripkaya olan marağı günü- gündən  artmağa başladı.   Qazax  rayonunda fəaliyyətə başlamış "SƏSYAZMA" studiyasında tanınmış skripka ifaçısı, gözəl oranjimançı  Vahid müəllimin rəhbərliyi  ilə musiqi fəaliyyətini  genişləndirməyə  qərar  verdi. 
Müjganın uğurlar qazanmasında  məhz Vahid müəllimin böyük əməyi olmuşdur. Skripkanin sirlərini  Vahid müəllimdən   öyrənən balaca Müjgan az müddət ərzində populyarlaşmağa başladı, hətta rayonda solo-konsertlər verməyə də dəvət olundu.  Eyni zamanda 11 yaşlı  Müjgan  orta məktəbdə də dərs əlaçısıdır. Biz də öz növbəmizdə  bu balaca Müjganımıza  gələcək  işlərində yeni yeni  uğurlar  arzu edirik.




Loading...