Bakıda dayanma-durma qaydasını pozmayan sürücü yol polisi tərəfindən cərimələnib. 


Pressaz.info xəbər verir  ki, idarə etdiyi 90-KA-433 qeydiyyat nişanlı "Nissan X Trail" markalı avtomobili fevralın 12-i paytaxtın Asif Məhərrəmov küçəsində qaydalar çərçivəsində park edən zaman yol polisi tərəfindən cərimələnib. "Həmin ərazidə dayanma-durmanı qadağan edən 3.27 nişanı, altında isə 7.4.1 lövhəciyi quraşdırılıb. Bu nişan 3.5 tondan yuxarı olan yük avtomobillərinə şamil olunduğu üçün avtomobilimi orada park etdim. Lakin yol polisi dayanma-durma qaydasını pozduğumu iddia edərək elektron protokol tərtib edib məni cərimələdi. Mən bu protokoldan şikayət etsəm də, Nəsimi rayon Dövlət Yol Polis İdarəsindən rəsmi olaraq mənə bildirildi ki, protokol qanuni yazılıb".

Sürücü Dövlət Yol Polisi İdarəsinin rəhbərliyindən yanlış tərtib edilmiş protokola xitam verilməsini xahiş edir.Avtosfer.az





Loading...