Aralıq dənizində yerləşən Helen seysmik xəttinin Krit adası bölgəsində 7 bal gücündə zəlzələ gözlənilir.
Bunu Türkiyənin Geofizika mühəndisi Atakan Yüklü deyib.
Dənizdə meydana gələn zəlzələ fırtınalarına əsaslanan mühəndis bildirib ki, bu yeraltı təkanlardan sonra sunami yaranacaq: "Xüsusilə, Antalyanın Qumluca, Finike, Kaş, Alanya və Aksu bölgələrinin sahilləri ciddi zərər görəcək. Bu zəlzələyə qarşı tədbirli olmaq üçün hökumət yanında Zəlzələ Elmi Şurası qurulmalıdır”.
A.Yüklü Krit adası bölgəsində meydana gələn avterşokların əslində bir zəlzələ fırtınası olduğunu dilə gətirib: "Bu bölgədə Helen seysmik xətti dediyimiz yerdən Afrika lövhəsi Anadolu istiqamətinə doğru irəliləyir. Lövhələr sıxılır. Burada meydana gələn zəlzələlər gələcəkdə daha böyük zəlzələlərin xəbərçisidir. Çünki tarixə baxanda burada 7 bal gücündə zəlzələnin meydana gəldiyini görə bilirik. Bundan sonra hətta yaranan sunamilərin 3-5 metr yüksəkliyə qalxdığı da olub”.
Mütəxəssisin sözlərinə görə, Antalyanın sahil hissəsindəki 1999-cu ildən əvvələ aid bir çox tikili araşdırılmalıdır./publika.az





Loading...