ATU tələbələri arasında kütləvi yoluxma yoxdur.
 
Bunu Sfera.az-a Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova deyib.
 
O bildirib ki, indiyədək ATU-nun yalnız bir fakültəsində - I Müalicə profilaktika fakültəsinin 6 qrupunda təhsil alan bir neçə nəfərdə COVID-19-a yoluxma aşkarlanıb:
 
"Həmin qruplar distant təhsilə keçirilib. Digər fakültələrimizin heç birində yoluxma halları qeydə alınmayıb”.
 
Mətbuat katibinin sözlərinə görə, ATU-nun bütün tədris binaları mütəmadi olaraq dezinfeksiya olunur:
 
"Klinik baza üzrə əyani dərslərə gələn hər bir tələbənin temperaturu ölçülür”.




Loading...