Yeni Azərbaycan Partiyasında kadr islahatları davam edir.

Pressaz.info xəbər verir ki, yenilənmə prosesi YAP-ın mərkəzi aparatı ilə yanaşı, rayon təşkilatlarında da aparılacaq. Belə ki, Nərimanov rayon təşkilatının sədri 61 yaşlı Təmraz Tağıyev,  Səbail rayon təşkilatının sədri 71 yaşlı Şəmsəddin Hacıyev,  Xətai rayon təşkilatının sədri 76 yaşlı Hüseynbala Mirələmov, Yasamal rayon təşkilatının sədri 73 yaşlı Tağı Əhmədov, Binəqədi rayon təşkilatının sədri 67 yaşlı Ramiz Göyüşov, Xəzər rayon təşkilatının sədri 60 yaşlı Namiq Əhmədov və Abşeron rayon təşkilatının sədri 70 yaşlı Bilman Vəliyev tutduqları vəzifədən uzaqlaşdırılacaq.

Qeyd edək ki, Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov məhbusluq həyatı da yaşayıb.

Xatırladaq ki, martın 5-də YAP-ın VII qurultayı keçirilib.Unikal.org




Loading...