İmmun sistemi milyonlarla il ərzində inkişaf yolu keçib, mürəkkəb, çoxpilləli və çoxbudaqlı bir sistemdir. İmmun hüceyrələriniz əsgərlərdir. Odur ki, xəstəliyi ağır keçirən insanlarda daha dayanıqlı immunitet əmələ gəlir.
Pressaz.info Publika.az-a istinadla xəbər verir ki, bunu anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.

"İmmunoqlobulinlər 6 aydan sonra itərsə, virusa təkrar yoluxma olur. Amma xəstəlik yüngül keçir. Çünki sizin immun T və B hüceyrələriniz də var. Yəni humoral immunitetdən başqa hüceyrə immuniteti də var. Bu hüceyrələrin keçmiş SARS virusundan sonra 10 illərlə qanda qaldığı tədqiqatlar nəticəsində məlum olub. COVID-19-un yaratdığı hüceyrə immunitetinin SARS virusunun yaratdığı immunitetdən fərqli olacağına əsaslı səbəb yoxdur. Nadir istisnalar olsa da, bu, qaydanı dəyişmir”, - həkim bildirib.




Loading...